“Barselona”da müqavilə
“Barselona” futbolçusu Samuel Umtiti ilə müqaviləni uzadıb. Bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.
28 yaşlı müdafiəçi ilə 2026-cı ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb. Fransalı futbolçu maaşının azaldılmasına razılıq verdikdən sonra anlaşma əldə olunub.