“Barselona”da maaşlar azaldılır
“Barselona” futbolçularının maaşlarını azaldacaq. Klub yaxın zamanda bununla bağlı danışıqlara başlayacaq.
Buna səbəb əməkhaqqının çox olmasıdır. Kataloniyalıların iqtisadi məsələlər üzrə vitse-prezidenti Eduard Romeu bu haqda danışıb:
“Barselona”da əmək haqqı 560 milyon avrodur. Bu “Bavariya”dan iki dəfə çoxdur. “Real”ın bu fondu 400 milyon avrodur. Məsələ ilə bağlı futbolçularla danışıqlar fərdi olacaq. Klubun veteranları ilə danışıqlar komandanın maraqlarına uyğun aparılacaq. Əvvəlcə ən bahalı müqavilələr müzakirə edilməlidir. Bəzi maaşları ödəyə bilmirik. Bu səbəbdən qiymətləndirmə aparmalıyıq”.