“Barselona”da fantastik müqavilə
“Barselona” müdafiəçisi Ronald Arauxo ilə müqaviləni yeniləməyə yaxındır. Tərəflər arasında danışıqlar müsbət yekunlaşıb.
Uruqvay millisinin üzvü kataloniyalılarla müqavilə müddətini 2026-cı ilin yayına qədər uzatmağa razılaşıb. Sözləşmədə 23 yaşlı oyunçunun sərbəst qalma bəndi 1 milyard avro olaraq qeyd ediləcək. Arauxo yaxın günlərdə rəsmi sazişə qol çəkəcək.
Qeyd edək ki, Ronald Arauxo bu mövsüm “Barselona”nın heyətində 36 oyunda 4 qol vurub.