“Barselona”da ciddi itki

“Barselona”da ciddi itki

“Barselona”nın heyətində itki baş verib. La Liqa nəhənginin müdafiəçisi Andreas Kristensen sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Danimarkalı futbolçu komandanın məşqi zamanı dizindən zədə alıb. 29 yaşlı mərkəz müdafiəçisi bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Kristensen 2022-ci ilin yayından “Barselona”da çıxış edir. Danimarka millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

“Neftçi” NTD-ni məğlub etdi

Növbəti yazı

Marin klub tarixinə düşdü