“Barselona”da ciddi itki
“Barselona” La Liqanın XVIII turunda “Vilyarreal”ın qonağı olacaq. Komanda matça ciddi itki ilə çıxacaq.
Bu barədə “Marca” nəşri məlumat yayıb. Pedri səfər matçında komandaya kömək edə bilməyəcək.
İspaniyalı yarımmüdafiəçi ayaq əzələsində yüklənmə hiss edir. Buna görə də məşqçilər korpusu risk etməyəcək və 23 yaşlı futbolçunu meydana buraxmayacaq.










