”Barselona”da ciddi itki
“Barselona”nın heyətində ciddi itki yaşanıb. Komandanın qapıçısı Voyçex Şesni “Osasuna”ya qarşı oyunda çıxış etməyəcək.
Bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
Polşalı qolkiper qastroenterit səbəbindən heyətdən çıxarılıb və matça hazır deyil.
Qeyd edək ki, “Barselona” – “Osasuna” matçı bu gün saat 21:45-də baş tutacaq.













