“Barselona”da ciddi itki
“Barselona”nın heyətində ciddi itki baş verib. La Liqa nəhənginin futbolçusu Fermin Lopes sıradan çıxıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İspaniyalı hücumameyilli yarımmüdafiəçi UEFA Çempionlar Liqa Liqa mərhələsinin 5-ci turunun “Çelsi” ilə matçında (0:3) zədələnib. Onun sağ ayağında zədə aşkarlanıb. 22 yaşlı oyunçu 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Fermin Lopes “Barselona”nın yetirməsidir.












