“Barselona”da ciddi itki

“Barselona”da ciddi itki

“Barselona”nın heyətində ciddi itki baş verib. La Liqa nəhəginin əsas oyunçularıından olan Pedri sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı yarımmüdafiəçi sol ayaq əzələsindən zədə alıb. Pedri 3 həftə komandaya kömək edə bilməyəcək.

İspaniya yığmasının üzvü noyabr ayında milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra yaşıl meydanlara qayıda biləcək. O, bu müddətdə La Liqada “Elçe” və “Selta”, Çempionlar Liqasında isə “Brügge” ilə matçı buraxacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 30.10.2025

Növbəti yazı

“Yuventus”un baş məşqçisi bəlli oldu