“Barselona”da ciddi itki
“Barselona”nın heyətində ciddi itki baş verib. Kataloniyalıların ulduz futbolçusu Lamin Yamal sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ispan vinger Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində PSJ ilə keçirilən matçdan (1:2) sonra qasıq nahiyəsində ağrı hiss edib.
Məlumata görə, 18 yaşlı futbolçu 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq.












