“Barselona”da ayrılıq yaşanacaq
“Barselona” mövsümün sonunda Robert Levandovski ilə yollarını ayırmağa hazırlaşır. Kataloniya klubu polşalı hücumçu ilə müqaviləni uzatmaq fikrində deyil.
Levandovskinin müqaviləsi bu mövsümün sonunda başa çatacaq. “Barselona” rəhbərliyi 38 yaşı tamam olan ulduz futbolçu ilə yeni müqavilə imzalamaqdan çəkinir.












