“Barselona”da ayrılıq
“Barselona”da ayrılıq baş verəcək. Klub yayda futbolçusu Andreas Kristensenlə yollarını ayıracaq.
Kataloniya klubu müdafiəçinin tez-tez zədə alması və maliyyə şərtləri səbəbindən mövsümün sonunda müqaviləyə vaxtından əvvəl xitam verəcək.
Danimarka millisinin üzvü bu mövsüm 3 matçda cəmi 123 dəqiqə oynamaq şansı əldə edib.












