“Barselona”da 4 illik müqavilə

“Barselona”da 4 illik müqavilə

Frank Kessie “Barselona”ya keçib. O, yeni klubuna azad agent kimi qoşulub.

Dayaq yarımmüdafiəçisi İspaniya təmsilçisi ilə 4 illik müqavilə bağlayıb. Onun sərbəstqalma məbləği 500 milyon avrodur.

25 yaşlı futbolçunun təqdimat mərasimi iyulun 6-da baş tutacaq. O, bunadək çıxış etdiyi “Milan”dan müqaviləsi başa çatdığı üçün ayrılıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 05.07.2022

Növbəti yazı

Berqveyn “Ayaks”da