“Barselona” “Valensiya”nın yarımmüdafiəçisinə “elçi düşdü”
“Barselona”da heyətini daha bir futbolçu ilə gücləndirməyə çox yaxındır. “Valensiya”nın yarımmüdafiəçisi Karlos Soler yeni mövsümdən Kataloniya klubunda çıxış edəcək.
Tərəflər 25 yaşlı futbolçunun 20 milyon avroya transferi barədə razılığa gəliblər. Solerin hazırki klubu ilə müqaviləsi gələn mövsümün sonunda başa çatır. Oyunçunun transfer dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Karlos “Valensiya” yetirməsidir. Yarımmüdafiəçi cari mövsümdə 34 matçda iştirak edib, 12 qol vurub və 5 məhsuldar ötürmə edib.