“Barselona” və PSJ-dən inamlı qələbə

“Barselona” və PSJ-dən inamlı qələbə

Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Bu gün 2 matç keçirilib.

Fransada PSJ “Aston Villa”nı qəbul edib. Oyunda hesabı ingilislər açsalar da, meydan sahibləri əzmkarlıq göstəriblər. PSJ 3:1 hesabı ilə qalib gəlib.

Digər qarşılaşma İspaniyada baş tutub. “Barselona” Dortmund “Borussiya”sini sınağa çəkib. Kataloniyalılar rəqibi darmadağın edərək, yarımfinala bir addım yaxınlaşıblar. Hans Flikin komandası səfərə 4:0 hesablı üstünlüklə yollanacaq.

Qeyd edək ki, cavab oyunları aprelin 15-16-da keçiriləcək.

Çempionlar Liqası
1/4 final, ilk oyunlar
9 aprel

PSJ – “Aston Villa” – 3:1
Qollar: Due, 39. Kvaratsxeliya, 49. Nuno Mendes 90+2 – Rocers, 35

“Barselona” – “Borussiya” D – 4:0
Qollar: Rafinya, 25. Levandovski, 48; 66. Lamin Yamal, 77

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 10.04.2025

Növbəti yazı

“Barselona” “21”ə çatdı