”Barselona” üçün gözlənilməz itki
“Barselona”da itki yaşanıb. Komandanın futbolçusu Frenki de Yonq “Atletiko”ya qarşı keçiriləcək matçda meydana çıxmayacaq.
28 yaşlı yarımmüdafiəçi La Liqada XIX turun oyununda xəstəlik səbəbindən iştirak etməyəcək.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.













