“Barselona” türkiyəli hücumçu transfer etdi
İspaniyanın “Barselona” klubu yeni transferini gerçəkləşdirib. Bunu La Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Kataloniya klubu Türkiyə “Kayserispor”unun 17 yaşlı futbolçusu Əmrə Dəmiri transfer edib.
17 yaşlı hücumçu ilə 6 illik müqavilə imzalanıb. Onun keçidi 2 milyon avroya başa gəlib.
Dəmir cari mövsümü “Kayserispor”un heyətində başa vuracaq. O, gələn yay “Barselona”nın B komandasına qoşulacaq. Türkiyəli forvardın satış qiyməti kimi müqaviləsində 400 milyon avro göstərilib.
Xatırladaq ki, “Kayserispor”da 15 yaşında debüt edən Əmrə Türkiyə çempionatında qol vuran ən gənc oyunçudur.