“Barselona” Türamı istəyir
“Barselona” heyətini gücləndirmək niyyətindədir. Klub Mönhenqladbax “Borussiya”sının hücumçusu Markus Türamla maraqlanır.
Kataloniyalılar yayda azad agentə çevrilə biləcək 25 yaşlı forvardın durumunu diqqətlə izləyir. Onunla Avropanın bir çox klublarının, o cümlədən “Çelsi”, “Bavariya”, “Atletiko” və digərlərinin maraqlandığı bildirilir.