“Barselona” Traoreyə elçi düşdü
“Barselona” müdafiəçi axtarışlarını davam etdirir. İspaniya klubu Mali millisinin və “Renn”in futbolçusu Amari Traoreyə elçi düşüb.
İspaniya klubu 30 yaşlı müdafiəçi üçün 3 milyon avro ödəməlidir. “Qırmızı-qaralar” da bu keçidin əleyhinə deyil.
“Renn” Traoreni 2017-ci ildə “Reyms”dən alıb. Onun müqaviləsi gələn ilin yayında başa çatacaq.
Qeyd edək ki, Amari ötən mövsümün 42 matçında 3 qol vurub.