“Barselona” Torresin razılığını aldı
“Barselona”nın qış transfer pəncərəsindəki hədəfi bəlli olub. İspaniya nəhəngi Ferran Torresi heyətinə qatmaq üçün danışıqlara başlayıb. Hücumçu La Liqa təmsilçisinə keçməyə razılıq verib.
Torres klubunu dəyişmək istədiyini şərəfini qoruduğu “Mançester Siti” rəhbərliyinə də bildirib. Keçidin baş tutması iki klub arasında danışıqların müsbət nəticələnməsindən asılıdır.
Qeyd edək ki, Ferran 2020-cu ilin yayında “Valensiya”dan “Mançester Siti”yə 25 milyon avroya keçib.