“Barselona” Torresi icarəyə göndərir
“Barselona” rəhbərliyi daha bir futbolçu ilə yollarını ayırmağı planlaşdırır. Klub hücumçu Ferran Torresi gələn mövsüm üçün icarəyə göndərməyi düşünür.
23 yaşlı futbolçunun xidmətində “Yuventus” və “İnter” maraqlıdır. Tərəflər arasında müqavilə 2027-ci ilin yayına kimi hesablanıb.