“Barselona” “Selta”nın müdafiəçisini istəyir
“Selta”nın sol cinah müdafiəçisi Xavyer Qalan karyerasını “Barselona”da davam etdirə bilər. Kataloniyalılar Qalanı Markos Alonsonun əvəzedicisi kimi nəzərdən keçirir.
Buna səbəb Alonsonun transferi ilə bağlı çətinliklər yaranmasıdır. O, “Çelsi”nin transfer danışıqlarına müdaxilə etdiyi üçün klub oyunçunu La Liqa təmsilçisinə buraxmaq istəmir.
“Barselona”nın baş məşqçisi Xavi Qalanın peşəkar keyfiyyətlərini yüksək qiymətləndirir və onu öz heyətində görmək istəyir. “Selta” isə müdafiəçini satmaqda maraqlı deyil və yalnız kataloniyalıların oyunçu üçün 18 milyon avroluq sərbəst qalma bəndini ödədiyi halda onunla yollarını ayırmağa razılaşa bilər.