“Barselona” qrupda qaldı
Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turuna yekun vurulub. İkinci oyun günündə daha 8 qarşılaşma keçirilib.
“Liverpul” “Ayaks”ı 3:0 hesabıyla məğlub edib. Qrupun digər matçında da eyni nəticə qeydə alınıb – “Napoli” “Reyncers”dən güclü olub.
“Ölüm qrupu”nda isə “İnter” “Viktoriya”ya acımayıb – 4:0. “Bavariya” isə səfərdə “Barselona”nı məğlub edib – 3:0. Beləcə, kataloniyalılar 1/8 final şanslarını tam olaraq itirib.
A qrupu
“Napoli” – “Reyncers” 3:0
“Ayaks” – “Liverpul” 0:3
B qrupu
“Brügge” – “Portu” 0:4
“Atletiko” – “Bayer” 2:2
C qrupu
“Barselona” – “Bavariya” 0:3
“İnter” – “Viktoriya” 4:0
D qrupu
“Tottenhem” – “Sportinq” 1:1
“Ayntraxt” – “Marsel” 2:1