“Barselona” Qavi ilə müqaviləni uzadır

“Barselona” Qavi ilə müqaviləni uzadır

“Barselona” yarımmüdafiəçi Qavini heyətində saxlamaq istəyir. Klub onunla yeni müqavilə imzalamağa yaxındır.

Kataloniya klubunun nümayəndələri ilə futbolçunun agenti İvan de la Penya arasında bugünkü görüş uğurlu alınıb. Tərəflər danışıqlarda irəliyə doğru addım atıblar, razılaşma çox yaxındır. Bundan sonrakı danışıqlarda heç bir problem olmamalıdır.

İspaniyalı futbolçu “Barselona” ilə 2028-ci ilə qədər müqavilə imzalayacaq. Müqaviləyə 1 milyard avroluq sərbəst buraxılma maddəsi daxildir.

ETOPAZ

Əvvəlki yazı

Korkmaz “İndiana”nın hədəfində

Növbəti yazı

De Liqt top-klubların diqqətində