“Barselona” Pedrini itirdi
“Barselona”da ciddi itki baş verib. Komandanın yarımmüdafiəçisi Pedri xəstələnib.
O, İspaniya La Liqasının XXI turunun “Valensiya” ilə matçını buraxacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, “Barselona” – “Valensiya” qarşılaşması bu gecə Bakı vaxtilə saat 00:00-da baş tutacaq.