“Barselona” onu gözləyir

“Barselona” onu gözləyir

“Barselona”nın heyətinə qatmaq istədiyi daha bir futbolçu bəlli olub. İspaniya nəhəngi Tomas Partinin xidmətində maraqlıdır.

“Arsenal”ın yarımmüdafiəçisinin yayda heyətə qatılması planlaşdırılır. Həmin vaxt azad agent statusu alacaq Partini transfer məbləği ödəmədən ələ keçirmək mümkün olacaq.

Qeyd edək ki, Tomas 2020-ci ilin payızında “Atletiko”dan “Arsenal”a keçib. O, cari mövsümün 25 matçında 2 qol və 2 assistlə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

Kazemiro “Əl-Nəsr”in hədəfində

Növbəti yazı

103 ildə görünməyən uğursuzluq