“Barselona” Martineslə razılığa gəldi
“Barselona”nın transfer etmək istədiyi daha bir futbolçunun adı bəlli olub. İspaniya klubu İnyiqo Martinesin xidmətində maraqlıdır.
O, kataloniyalıların müdafiə xəttini gücləndirməlidir. İnyiqo hazırda “Atletik”də forma geyinir.
Müdafiəçinin müqaviləsi bu ilin yayında başa çatır. “Barselona” rəhbərliyi azad agent olacaq futbolçu ilə ilkin razılıq əldə edib.