“Barselona” Levandovski ilə razılığa gəldi
“Bavariya”nın hücumçusu Robert Levandovski “Barselona”ya transfer olunmağa yaxındır. 33 yaşlı forvard İspaniya klubu ilə ilkin razılığa gəlib.
Tərəflər 3 illik müqaviləni razılaşdırıblar. Keçid baş tutarsa, Polşa millinin qolçusu La Liqa təmsilçisi ilə 2025-ci ilə qədər saziş bağlayacaq. “Barselona” rəhbərliyi indi “Bavariya” ilə anlaşmağa çalışır. İspanlar transferi 35 milyon avroya reallaşdırmaq niyyətindədir. Levandovskinin “Bavariya” ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.