“Barselona” kubokun sahibi oldu
İspaniya kubokunun final matçı keçirilib. Həlledici oyunda “Barselona” və “Real” komandaları qarşılaşıb.
İspaniya Kral kubokunun finalında 11 illik fasilədən sonra “El Klasiko” baş tutub. Bu tərəflərin turnirin həlledici oyunundakı 8-ci belə görüşü olub. Əvvəlki finallarda “Real” 4, “Barsa” isə 3 dəfə qalib gəlmişdi.
Bu dəfə oyunun əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Kubokun sahibi əlavə vaxtda müəyyənləşib. 116-cı dəqiqədə Jül Kunde dəqiq zərbə ilə “Barselona”nın qələbə topunun müəllifi olub. Onlar 32-ci dəfə titula yiyələniblər.