“Barselona” Kesyeyə qiymət qoydu
“Barselona” futbolçusu Frenk Kesyenin satacağı qiyməti müəyyənləşdirib. İspaniya klubu onun transferindən 30 milyon avro qazanmaq fikrindədir.
26 yaşlı yarımmüdafiəçi transferə çıxarılıb. O, bir neçə klubun maraq dairəsindədir.
“Barselona” istədiyi məbləği ödəyən olmasa, Kesyeni heyətində saxlayacaq. O, La Liqanın son mövsümündə 28 matça çıxıb.