“Barselona” Kessie ilə anlaşa bilmədi
“Milan”ın futbolçusu Frenk Kessienin gələcək karyerasına hələ də aydınlıq gəlməyib. Yarımmüdafiəçinin İtaliya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
Onu azad agent kimi heyətinə qatmaq istəyənlərdən biri iddiasından əl çəkib. Futbolçu ilə “Barselona” arasında danışıqlar müsbət nəticələnməyib. Klubun şərtləri Kessieni qane etməyib.
Kataloniya təmsilçisi ona illik 5 milyon avro ödəməyə razıdır. Frenk isə bundan imtina edib və daha yüksək məbləğ istəyib. “İnter” və “Yuventus”un da maraq dairəsində olan orta sahə oyunçusunun İtaliyada qalacağı daha real görünür.