“Barselona” Kanselonu heyətinə qatır
“Mançester Siti”nin futbolçusu Joao Kanselonun taleyinə aydınlıq gəlib. Portuqaliyalı müdafiəçi icarəyə veriləcək.
O, mövsümün sonunadək “Barselona”da çıxış edəcək. Bununla bağlı iki klub arasında razılıq əldə olunub. İcarə müqaviləsində 29 yaşlı futbolçunun alınma hüququ da yer alacaq.