“Barselona” heyətini genişləndirməyi düşünür
“Barselona” bu qış transfer pəncərəsində Busketsin yerinə oyunçu almaq istəyir. “Mavi qırmızılar” Martin Subimendi (“Real Sosyedad”) və Ruben Neveş (“Volverhempton”) ilə maraqlanır.
Subimendi bu yaxınlarda klubu ilə müqaviləsini uzadıb, lakin sözləşmədə 60 milyon avroluq sərbəst qalma bəndi var. “Vulverhempton”la Neveşin müqaviləsi 2024-cü ilin yayına qədər qüvvədədir.