“Barselona” Halandı gözləyir
“Barselona”nın Erlinq Halandla bağlı planları bəlli olub. İspaniya klubu norveçli hücumçunu transfer etmək niyyətindədir.
La Liqa təmsilçisi bu keçdi 2025-ci ilin yayında gerçəkləşdirməyi planlaşdırır. “Mançester Siti”nin forvardının transfer qiyməti həmin vaxt 150 milyon avro olacaq.
Haland 2022-ci ilin yaylında Dortmund “Borussiya”sından 60 milyon avroya transfer olunub. Onun müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.