“Barselona” hakimin qərarını məhkəməyə verdi

“Barselona” hakimin qərarını məhkəməyə verdi

“Barselona” Robert Levandovskinin cəzası ilə bağlı hakimin qərarın apelyasiyaya verib. Polşalı hücumçu “Osasuna” ilə matçda (2:1) 30-cu dəqiqə də ikinci sarı vərəqəni alaraq meydandan qovulmuşdu. O, tribunaların altındakı otağa keçərək hakim Jesús Gil Manzano-ya əl işarəsi etdiyinə görə daha iki oyunluq cəzalandırılıb.

“Barselona” klubu intizam komitəsinin qərarından apelyasiya şikayəti verəcəklərini bildirib. Əgər qərar yerində qalarsa, Levandovski “Barselona”nın La Liqada “Espanyol”, “Atletiko Madrid” və “Betis”ə qarşı növbəti 3 matçını buraxacaq.

ETOPAZ

Əvvəlki yazı

“Beşiktaş” Ziyeşlə maraqlanır

Növbəti yazı

Azərbaycan millisindən səfər qələbəsi