“Barselona” gənc oyunçunu heyətinə qatacaq
“Barselona” daha bir gənc oyunçunu heyətinə qatacaq. Kataloniya klubu “Rasinq”in 18 yaşlı yarımmüdafiəçisi Pablo Torrenin transferi ilə bağlı razılığa gəlib.
Bu mövsüm gənc yarımmüdafiəçi hazırkı klubunda çıxış edəcək, yayda isə kataloniyalılara qoşulacaq. Onun La Liqa təmsilçisi ilə müqaviləsi 2026-cı ilə qədərdir. Müqaviləyə görə sərbəstqalması üçün 100 milyon avro nəzərdə tutulur.
“Barselona” futbolçu üçün 5 milyon avro ödəyəcək. Bonuslar hesabına məbləğ 20 milyona qədər arta bilər.