“Barselona” futbolçusunu göndərdi
“Barselona”nın futbolçusu Aleks Kolyado icarəyə verilib. Bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.
Kataloniya təmsilçisinin yarımmüdafiəçisi karyerasını İspaniyanın digər klubunda davam etdirəcək. “Barselona”nın yetirməsi mövsümün sonunadək “Qranada”da çıxış edəcək.
Qeyd edək ki, 22 yaşlı futbolçu cari mövsümdə meydana çıxmayıb.