“Barselona” finalda
İspaniya Superkubokunda ilk yarımfinal oyunu keçirilib. Səudiyyə Ərəbistanında təşkil olunun turnirin ilk matçında “Barselona” ilə “Atletik” qarşılaşıb.
Oyun kataloniyalıların qələbəsi ilə başa çatıb. Hans-Diter Flikin komandası hər hissədə bir qol vurub. “Barselona”nın heyətində Gavi və Yamal fərqləniblər.
Bu gün keçiriləcək digər yarımfinal cütündə “Real”la “Malyorka” üz-üzə gələcək.
İspaniya Superkuboku
Yarımfinal
23:00. “Atletik” – “Barselona” – 0:2