“Barselona” Fillipsi istəyir
“Mançester Siti”nin yarımmüdafiəçisi Kelvin Fillips komandanı tərk etmək üzrədir. Onun xidmətində “Barselona” maraqlıdır.
Kataloniya klubu 28 yaşlı futbolçunu icarəyə götürmək niyyətindədir. Lakin La Liqa təmsilçisinin rəhbərliyi oyunçunun 6 aylıq maaşını ödəmək niyyətində deyil. “Mançester Siti” isə öz növbəsində hazırda belə şərtlərlə razılaşmaq istəmir.