“Barselona” Feliks üçün danışıqları davam etdirir
“Barselona” heyətini gücləndirmək niyyətindədir. Klub “Atletiko”nun hücumçusu Joao Feliksin transferində israrlıdır.
Kataloniyalılar hazırda futbolçunun keçidi üçün bir neçə variantı nəzərdən keçirir. Bunlardan biri də 23 yaşlı portuqaliyalını tam hüquqlu transfer etmək bəndi ilə icarəyə götürməkdir.