Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
“Barselona” de Yonqun qiymətini qaldırdı
“Barselona” yarımmüdafiəçi Frenki de Yonqun qiymətini qaldırıb. Klub onun transferi üçün 100 milyon avro istəyir.
Kataloniyalılar 25 yaşlı niderlandlının mümkün transferi ilə bağlı “Mançester Yunayted”lə danışıqlar aparıb. Qeyd olunur ki, “Barselona” yarımmüdafiəçini satmağa hazırdır, lakin bunu ucuz başa vurmaq fikrində deyil.
La Liqa təmsilçisi de Yonqun transferinin əsas hissəyə və bonuslara bölünməsini müzakirə etməyə hazırdır. Lakin ümumilikdə məbləğ təxminən 100 milyon avro olmalıdır.