“Barselona” da yeni anlaşma
“Barselona” daha bir oyunçusu ilə müqaviləni uzadıb. İspaniya klubu Niko Qonsaleslə yeni anlaşma imzalayıb.
O, 2026-cı ilin yayına qədər La Liqa klubuna məxsus olacaq. “Barselona” müqavilə imzaladığı futbolçunu “Valensiya”ya icarəyə verib. Qeyd edək ki, Nikonun icarə müddəti 2022/23 mövsümünü əhatə edir.