“Barselona” çempion oldu
İspaniya La Liqasında 36-cı tura 4 oyunla yekun vurulub. “Barselona” qələbə qazanaraq çempionluğunu rəsmiləşdirib.
Komanda səfərdə “Espanyol”un qonağı olub. Hans-Diter Flikin yetirmələri Kataloniya derbisində 2:0 hesabı ilə qalib gəliblər. Əvvəlcə Lamin Yamal əla zərbə ilə topu qapıdan keçirib. Son saniyələrdə isə Fermin Lopes fərqlənib.
85 xal toplayan “Barselona” sona iki tur qalmış İspaniya çempionu tituluna yiyələnib. Kataloniya təmsilçisi tarixində 28-ci dəfə La Liqanın qalibi olub. “Real”ın hesabında isə 36 belə titul var.