“Barselona”, “Atletiko” və “Liverpul”dan qələbə

“Barselona”, “Atletiko” və “Liverpul”dan qələbə

Çempionlar Liqasının əsas mərhələsinin VII turuna start verilib. İlk oyun günündə 9 qarşılaşma baş tutub.

“Benfika” – “Barselona” matçı dramatik alınıb. Görüşdə qapılara 9 qol vurulub. Portuqaliyalılar 4:2 hesabı ilə önə keçsələr də, yekunda kataloniyalılar qələbə qazanıblar – 5:4.

“Atletiko” isə “Bayer”lə qarşılaşıb. İspaniya təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi
VII tur
21 yanvar

21:45. “Atalanta” (İtaliya) – “Şturm” (Avstriya) 5:0
21:45. “Monako” (Fransa) – “Aston Villa” (İngiltərə) 1:0
00:00. “Slovan” (Slovakiya) – “Ştutqart” (Almaniya) 1:3
00:00. “Brügge” (Belçika) – “Yuventus” (İtaliya) 0:0
00:00. “Atletiko” (İspaniya) – “Bayer 04” (Almaniya) 2:1
00:00. “Benfika” (Portuqaliya) – “Barselona” (İspaniya) 4:5
00:00. “Liverpul” (İngiltərə) – “Lill” (Fransa) 2:1
00:00. “Bolonya” (İtaliya) – “Borussiya” (Dortmund, Almaniya) 2:1
00:00. “Srvena Zvezda” (Serbiya) – PSV (Niderland) 2:3

ETOPAZ

Əvvəlki yazı

“Qalatasaray”dan xal itkisi

Növbəti yazı

“Bavariya”nın yeni transfer hədəfi