“Barselona” Araujonu heyətində saxlamaq niyyətində
“Barselona” futbolçusu ilə yeni sözləşmə bağlamaq istəyir. Kataloniya klubu müdafiəçi Ronald Araujo ilə müqaviləni tezliklə uzatmaq arzusundadır.
Oyunçu ilə Avropanın iki top-klubunun da maraqlandığı bildirilir. Bu səbəbdən Xavi məsələni mümkün qədər tez həll etmək istəyir.
Futbolçunun hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir. Bu mövsüm o, La Liqada 20 matçda 3 qol vurub.