“Barselona” Alveşlə müqaviləni uzadacaq
“Barselona” daha bir futbolçusunu klubda saxlayacaq. Kataloniyalılar 39 yaşlı müdafiəçi Daniel Alves ilə müqaviləni 6 ay uzadacaq.
Futbolçunun özü də yeni sözləşməyə isti yanaşır. Çünki o, 2022-ci il dünya çempionatına qədər özünü formada saxlamaq istəyir.
Bildirilir ki, yeni müqavilə 2023-cü ilin yayına qədər də uzadıla bilər. Alveşin kataloniyalılarla hazırkı sözləşməsi 2022-ci ilin iyununda başa çatır.