“Barselona” 6 ildən sonra ilk dəfə
“Barselona” Çempionlar Liqasının 1/8 finalında “Benfika”ya qalib gəlib (1:0). Kataloniya klubu Pau Kubarsinin meydandan qovulması ilə 22-ci dəqiqədən 10 nəfər qalsa da, qol vurmağı və qapısını toxunulmaz saxlamağı bacarıb.
2019-cu ildən bəri ilk dəfə “Barsa” Çempionlar Liqasının pley-off matçında qol buraxmır.
Kataloniyalı qapıçı Voyçex Şesni Lissabonda “Benfika”nın 8 zərbəsinin qarşısını alıb. Matçın yeganə qolunu isə 61-ci dəqiqədə Rafinya vurub.