Barış Alper Yılmaz üçün 30 milyon avro

Barış Alper Yılmaz üçün 30 milyon avro

“Qalatasaray”ın futbolçusu Barış Alper Yılmaz Avropa klublarının diqqətindədir. Onun xidmətində bir neçə klub maraqlıdır.

Lakin “Qalatasaray” yanvarda Barış Alperin transferinə icazə verməyəcək. “Sarı-qırmızılılar” mövsümün sonunda milli futbolçu üçün ciddi təklifləri dinləyəcək.

Barış Alperlə “Everton”, “Aston Villa”, “Nyukasl Yunayted”, “Vest Hem Yunayted” və “Latsio” kimi klublar maraqlanır. 

“Latsio”nun Barış Alper üçün 20 milyon avro təklif etdiyi bildirilib. Lakin “cimbom” 24 yaşlı futbolçu üçün minumum 30 milyon avro tələb edir. 

ETOPAZ

Əvvəlki yazı

“Leykers” və “Klippers”dən qələbə, “Nets” darmadağın oldu

Növbəti yazı

Alberto “Yuventus”da