Barbosa rəsmən “Santos”da
Qabriel Barbosa klubunu dəyişib. “Kruzeyro” 29 yaşlı forvardı “Santos”a icarəyə verib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qabiqol ləqəbli futbolçu 2026-cı ilin sonunadək “ağ-qaralar”ın formasını geyinəcək.
Qeyd edək ki, Qabriel Barbosa “Santos”un yetirməsidir. Braziliya millisinin sabiq üzvü karyerası ərzində “İnter”, “Benfika” və “Flamenqo”da da çıxış edib.













