Barbosa futboldan uzaqlaşdırıldı
Daha bir futbolçu cəza ilə üzləşib. Qabriel Barbosa iki il müddətinə futboldan uzaqlaşdırılıb.
Braziliyalı futbolçu bu cəzanı antidopinq testinin nəticələrini saxtalaşdırmağa cəhd etdiyi üçün alıb. Onun son klubu 2020-də qoşulduğu “Flamenqo” olub.