Balotelli yenidən komandasını dəyişir

Balotelli yenidən komandasını dəyişir

Mario Balotelli yenidən klubunu dəyişə bilər. İtaliyalı hücumçunun 2 ay əvvəl qoşulduğu “Cenoa”dan ayrılması gözlənilir.

34 yaşlı forvard oktyabrın sonunda azad agent kimi Genuya təmsilçisinə keçib. Lakin Meksika təmsilçisi “Krus Asul”la danışıqlar aparan Marionun artıq qışda Şimali Amerikaya köçməsi mümkündür.

Qeyd edək ki, Balotelli cari mövsümdə A seriyasının 6 oyununda meydana çıxıb.

ETOPAZ

Əvvəlki yazı

“Sumqayıt” – “Araz-Naxçıvan” oyununun vaxtı açıqlandı

Növbəti yazı

Şimanskiyə Almaniyadan müştəri